Qərbi Afrikada aclıq çəkənlərin sayı 38 milyona çata bilər

   Qərbi Afrikada    aclıq çəkənlərin sayı 38 milyona çata bilər
  06 Aprel 2022    Oxunub:1609
Qərbi Afrika son on ildə ən pis ərzaq böhranı ilə üzləşib və yaxın gələcəkdə daha da pisləşə bilər.
AzVision.az xəbər verir ki, bu barədə bir qrup beynəlxalq qeyri-hökumət təşkilatının yaydığı hesabatda deyilir. Bildirilib ki, Qərbi Afrikada 27 milyon insan aclıq içindədir, təcili tədbirlər görülməsə, iyuna qədər bu rəqəm 38 milyon nəfərə çata bilər.

Hesabata əsasən son on il ərzində ərzaq böhranları nəinki səngimədi, əksinə Qərbi Afrika regionunda, xüsusilə Burkina Faso, Niger, Çad, Mali və Nigeriyada daha da pisləşdi. 2015-2022-ci illər arasında təcili ərzaq yardımına ehtiyacı olan insanların sayı təxminən dörd dəfə artaraq 7 milyondan 27 milyona çatıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Afrika  



Xəbər lenti