Yeni Zelandiya Rusiyadan gələn mallara əlavə rüsum qoydu

Yeni Zelandiya Rusiyadan gələn mallara əlavə rüsum qoydu
  06 Aprel 2022    Oxunub:1267
Yeni Zelandiya hökuməti Rusiya Federasiyasının Ukraynada keçirdiyi hərbi əməliyyat fonunda bu ölkədən bütün malların idxalına 35% rüsum tətbiq edəcək.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Nanayi Mahuta və ticarət naziri Damien O'Konnorun birgə bəyanatında deyilir. Xüsusilə, sənədə əsasən, Yeni Zelandiya hakimiyyət orqanları informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqları və mühərriklərinin ixracına qadağa qoyur.

Sənəddə qeyd edilir ki, bu, Yeni Zelandiyanın bu günə qədər Rusiyanın hərbi əməliyyatına verdiyi ən əhəmiyyətli iqtisadi cavabdır. Qərar müvafiq qaydalar hazırlandıqdan sonra aprelin 25-dən qüvvəyə minəcək.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Yeni-Zelandiya  



Xəbər lenti