Estoniya Ukraynaya yeni silah partiyasını təhvil verib

Estoniya Ukraynaya yeni silah partiyasını təhvil verib
  06 Aprel 2022    Oxunub:971
Estoniya Ukraynaya tank əleyhinə raketlər, haubitsalar, tank əleyhinə minalar və digər silahlardan ibarət növbəti hərbi yardımı həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfirliyi Facebook sosial şəbəkəsində məlumat yayıb. Bundan əlavə, estoniyalı sahibkarlar dövlət qurumları və Estoniya Silahlı Qüvvələri ilə əməkdaşlıq edərək Ukrayna hərbçilərinə dəbilqələr, zirehlər, rabitə vasitələri, dronlar, gecəgörmə cihazları, lazer məsafəölçənləri, tibbi ləvazimatlar və kimyəvi qoruyucu geyimlər veriblər.

“Estoniya bütün Avropa ölkələrini Ukraynaya lazımi silah, hərbi və humanitar yardım, siyasi dəstək verməyə, həmçinin Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Rusiyaya birbaşa və ya dolayı yolla dəstəyi dayandırmağa çağırır”, - məlumatda deyilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Estoniya  



Xəbər lenti