Avropa İttifaqı 10 ilə rouminqi ləğv edir

Avropa İttifaqı 10 ilə rouminqi ləğv edir
  06 Aprel 2022    Oxunub:1073
Avropa İttifaqı (Aİ) son olaraq üzv ölkələr daxilində rouminqin ləğvinin daha on il müddətinə uzadılmasını təsdiqləyib.
AzVision.az xarici mətbuata istinadla xəbər verir ki, beş il əvvəl qəbul edilmiş ilkin normanın hüquqi qüvvəsi bu ilin yayında başa çatmalı idi. İndi rouminqin ləğvi 2032-ci ilə qədər uzadılıb. Bundan əvvəl bu qərar artıq Avropa Parlamenti tərəfindən, bazar ertəsi isə Avropa İttifaqı Nazirlər Şurası səviyyəsində təsdiq edilib.

Aİ-də tətbiq edilən qaydalara əsasən, Birliyin başqa üzv dövlətində olduqda mobil internet tarifinin təyin edilməsi operatorun adi tariflərinə uyğun olaraq həyata keçirilməlidir. İstisna, mobil internet üçün limitsiz tariflərin mövcud olduğu Finlandiya oldu. Bununla əlaqədar olaraq Finlandiyanın mobil operatorları digər Avropa ölkələrində internetdən istifadəyə məhdudiyyət qoymaq hüququ əldə ediblər.

AzVision.az



Teqlər: Rouminq  



Xəbər lenti