İsveçdəki rus diplomatlara “mesaj”: “Cənab çekistlər”

   İsveçdəki rus diplomatlara “mesaj”:    “Cənab çekistlər”
  06 Aprel 2022    Oxunub:854
İsveçdə Rusiya səfirliyinin yaxınlığındakı dayanacağa diplomatlara ünvanlanmış xüsusi siyasi mesaj yazılıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yazıda Rusiya səfirliyinin əməkdaşlarını "çekist" adlandırıblar və onlara siyasi sığınacaq almağı təklif ediblər.

"Cənab çekistlər və Rusiya səfirliyinin digər əməkdaşları, işə getmək sizin üçün çətin deyilmi? İş gününün sonunda utanmırsınız? Tezliklə qaçıb getmək çox gec olacaq. Siyasi sığınacaq verilməsi ilə bağlı məsləhətləşmələr üçün bizimlə əlaqə saxlayın, biz sizi qəhvəyə qonaq edəcəyik!" - məlum mesajda yazılıb.

Qeyd edək ki, “siyasi mesaj” İsveçdə siyasi sığınacaq almağa kömək edən və digər hüquqi xidmətlər göstərən "Asylbyran" hüquq firması tərəfindən yerləşdirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti