Rusiya səfirliyi terrorla təhdid edilir

Rusiya səfirliyi terrorla təhdid edilir
  06 Aprel 2022    Oxunub:881
Rusiyanın Rumıniyadakı səfirliyi terrorla hədələnib. AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin məlumat yayıb. O qeyd edib ki, səfirliyə bomba hədələri ilə bağlı məlumatlar daxil olub.
Diplomatın sözlərinə görə, Rumıniyada tədricən “olduqca gərgin” atmosfer formalaşır.

- Səfirlik dəfələrlə elektron poçt vasitəsilə birbaşa hədələr alıb. Bunlar partlatmaq, zəhərləmək və sair hədələrdir, - səfir "Rossiya 24" telekanalının efirində deyib.

Xatırladaq ki, dünən axşam saatlarında Rumıniyada yüksək sürətlə hərəkət edən avtomobil Rusiya səfirliyinin hasarına çırpılıb. Qəzadan sonra avtomobil yanmağa başlayıb. Yanğınsöndürənlər yanğını söndürsələr də, sürücünü xilas edə bilməyiblər. Hüquq-mühafizə orqanları əməkdaşları sürücünün hadisəni qəsdən törətməsi ehtimalını inkar etməyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Səfir   Rusiya  



Xəbər lenti