Almaniya Rusiya neftindən tezliklə imtina edəcək

 Almaniya Rusiya neftindən tezliklə imtina edəcək
  06 Aprel 2022    Oxunub:917
Almaniya Rusiyadan neft və qaz idxalını mümkün qədər tez dayandıracaq. Lakin bu həftələrin deyil, illərin məsələsidir. AzVision.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.
- Ukraynaya qarşı cinayətkar müharibə aparan Rusiya hökuməti ilə normal iqtisadi əlaqələr ola bilməz. Ona görə də Almaniya Rusiya neft və qazından imtina etməlidir, - Lindner "Zeit" qəzetinə müsahibəsində deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti