"Ucuz rus qazı ilə yaxşı yaşayırdıq" - Avstriyalı nazir

   "Ucuz rus qazı ilə yaxşı yaşayırdıq" -    Avstriyalı nazir
  06 Aprel 2022    Oxunub:1146
Avstriya ucuz rus qazı ilə yaxşı yaşayırdı və Rusiya idxalından asılılığa bir gecədə son qoymaq olmaz. AzVision.az xəbər verir ki, bunu Avstriyanın energetika naziri Leonore Qevesler deyib.
Vyanada mətbuat konfransı keçirən nazir deyib ki, "Rusiya təbii qazından böyük asılılığımız bizə zərər verir. Biz Rusiyanın qaz idxalından asılıyıq və Moskva qəsdən Vyanaya təzyiq edir".

Onun sözlərinə görə, Avstriya bu məsələdə Avropada yeganə ölkə sayılmır. Lakin məhz çətin vəziyyətdə olan yeganə ölkə Avstriyadır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti