ABŞ şəhərinə yenidən erməni rəhbərlik edəcək

   ABŞ şəhərinə yenidən erməni rəhbərlik edəcək
  06 Aprel 2022    Oxunub:703
Erməni əsilli amerikalı Ardaşes Kasaxyan ABŞ-ın Qlendeyl şəhərinin meri seçilib. Şəhər şurasının üzvü olan Kasaxyan mer Pol Devini əvəz edib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilir ki, yeni seçilmiş mer Bostonda anadan olub və 1986-cı ildən Qlendeyldə yaşayır. Gələcək mer şəhər şurasına seçilənə qədər 15 il rəhbərlikdə çalışıb.

Xatırladaq ki, Qlendeyldə ermənilər çoxluq təşkil etdikləri üçün bura müxtəlif vaxtlarda Vardan Karpetyan, Ermənistan hökuməti yanında diasporla iş üzrə hazırkı komissar Zare Sinanyan və ABŞ-dakı erməni diasporunun digər nümayəndələri mer kimi rəhbərlik ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti