Norveç 3 rus diplomatını ölkədən qovur

   Norveç 3 rus diplomatını ölkədən qovur
  06 Aprel 2022    Oxunub:1143
Norveç Rusiyanın Oslodakı səfirliyindən 3 diplomatı ölkədən qovacaq. AzVision.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.
Bildirilir ki, buna səbəb onların diplomatik statusları ilə uyğun gəlməyən fəaliyyətlər həyata keçirmələridir.

Yunanıstan 12 rus diplomatını arzuolunmaz şəxs elan edib
"Norveç Rusiyanın Oslodakı səfirliyindən 3 diplomatı qovmaq qərarına gəlib. Xarici işlər naziri Anniken Hyuitfeldin sözlərinə görə, hər üç səfirlik əməkdaşı diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olub", - məlumatda deyilir.

Eyni zamanda, Xarici İşlər Nazirliyi vurğulayır ki, qovulma ilə bağlı qərar Kiyev yaxınlığındakı Buçada baş verən hadisələr fonunda reallaşır. “Təbii ki, belə bir şəraitdə biz Rusiyanın Norveçdəki arzuolunmaz fəaliyyətlərinə diqqəti artırırıq”, - nazirin sözlərindən sitat gətirilib.

Qeyd edək ki, Rusiya Ukrayna ərazisinə qoşun yeritdiyi üçün əksər Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bununla paralel olaraq rus diplomatlar da arzuolunmaz şəx elan edilirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Norveç   Diplomat  



Xəbər lenti