Kreml Bakı və İrəvanın sülh danışıqları prosesinə başlamaq qərarını alqışlayıb

   Kreml Bakı və İrəvanın sülh danışıqları prosesinə başlamaq qərarını alqışlayıb
  07 Aprel 2022    Oxunub:1393
Kreml Ermənistan və Azərbaycan hakimiyyətinin sülh danışıqları prosesinə başlamaq qərarını müsbət qiymətləndirir. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Kreml bunu müsbət qiymətləndirir. Aydındır ki, bu proses çox uzun çəkir, lakin belə bir sənədin bağlanması istiqamətində irəliləyiş özlüyündə müsbət faktdır və alqışlanır”, - Kremlin sözçüsü vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Kreml   Azərbaycan  



Xəbər lenti