"Brüssel bəyanatı bizim üçün narahatlıq doğurur"- Erməni deputat

   "Brüssel bəyanatı bizim üçün narahatlıq doğurur"-   Erməni deputat
  07 Aprel 2022    Oxunub:1071
Üçtərəfli Brüssel görüşünün nəticələrinə dair bəyanatda müsbət heç nə yoxdur. Əksinə, narahatlıq üçün çoxlu səbəblər var.
AzVision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" blokundan olan deputatı Aram Vardevanyan jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Erməni siyasətçilər: "Milli maraqlarımızı Brüsseldə basdırdılar"
O, üçtərəfli görüşlə bağlı bəyanatda Qarabağdakı keçmiş qondarma rejimdən bəhs edilməməsindən gileylənib.

- Onlar necə humanitar böhrandan danışa biliblər ki, sonda "Artsax"ın (44 günlük müharibədən sonra məhv edilən separatçı rejim-red.) adı çəkilməyib. Bəyanatda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti haqqında bir kəlmə də yoxdur. Bu da narahatlıq yaratmaya bilməz, - Vardevanyan deyib.

Onun sözlərinə görə, bəyanatda keçmiş qondarma rejimin tör-töküntüləri haqqında qeydlərin olmaması Ermənistanın artıq bu məsələdə əlinin soyumasından xəbər verir. Üstəlik, o rəəccüb edib edib ki, martın sonunda Əsgəranda baş verən gərginlikdən sonra bir dənə də olsun yüksək rütbəli məmur Qarabağa getməyib.

Vardevanyan bir müddət öncə Qarabağda ermənilərin itkilər verməsindən sonra fərqli situasiya gözlədiyini gizlətməyib. Amma əksinə olaraq Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi keçiriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Brüsel   Ermənistan   Deputat  



Xəbər lenti