Paşinyan bəzi detalları açıqladı: "Komissiyaya ikili mandat veriləcək"

    Paşinyan bəzi detalları açıqladı:  "Komissiyaya ikili mandat veriləcək"
  07 Aprel 2022    Oxunub:2561
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması ilə bağlı bəzi detalları açıqlayıb.
"44 günlük müharibədən sonra 208 nəfər itkin düşüb" - Paşinyan
AzVision.az xəbər verir ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı qeyd edib ki, komissiyaya ikili mandat veriləcək - delimitasiyanı həyata keçirmək və sərhəddə sülh və təhlükəsizliyi təmin etmək.

- Bu mövzuda, o cümlədən Rusiyanın vasitəçiliyi ilə bağlı müzakirələr artıq bir ildir ki, davam edir. Və sonda biz belə bir kompromis həllə gəldik. Bilirsiniz ki, Ermənistanın müəyyən əraziləri var ki, Azərbaycanın nəzarətindədir. Və ya bunun əksinə olaraq Azərbaycan ərazisi var ki, bizim nəzarətimizdədir. Bu məsələlər danışıqların nəticələri əsasında həll olunmalıdır və təbii ki, hüquqi qüvvəyə malik sənədlər əsasında həll edilməlidir, - baş nazir fikirlərinə əlavə edib.

Baş nazirin sözlərinə görə İrəvanın mövqeyi ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında de-yure sərhəd var. Söhbət sovet dövründə mövcud olan sərhəd xəttindən gedir.

- Bu nöqteyi-nəzərdən delimitasiya üzrə işə başlamaq və paralel olaraq sülhün və sabitliyin təmin edilməsi üçün tədbirlər görmək lazımdır, Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Rusiya sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə yardım etməyə hazır olduğunu bildirib. Eyni şey Avropa İttifaqına da aiddir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Sərhəd  



Xəbər lenti