İsveçrə Rusiyanın 8 milyard dollardan çox aktivini dondurub

   İsveçrə Rusiyanın    8 milyard dollardan çox aktivini    dondurub
  07 Aprel 2022    Oxunub:810
İsveçrə hakimiyyəti Avropa İttifaqının sanksiyaları çərçivəsində Rusiyanın ölkədəki təxminən 7,5 milyard İsveçrə frankı (8,03 milyard dollar) aktivini bloklayıb.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Ervin Bollinqer deyib.

Qeyd olunur ki, söhbət İsveçrənin dörd kantonunda dondurulmuş bank hesablarından və daşınmaz əmlakdan gedir.

E.Bollinqer qeyd edib ki, bu gün İsveçrə və Ukrayna rəsmilərinin görüşü baş tutub.

"Bu görüşdə Rusiya əleyhinə sanksiyaların tətbiqi müzakirə olunub. Hər rusiyalıya qarşı sanksiya tətbiq edilməyib. Bu siyahıda hazırda 900 nəfər var. Ölkə banklarında ruslara məxsus təxminən 150-200 milyard İsveçrə frankının saxlandığı təxmin edilir".

Qeyd edək ki, bundan əvvəl İsveçrə Rusiyanın təxminən 6,17 milyard dollarlıq aktivlərini dondurmuşdu.

AzVision.az



Teqlər:



Xəbər lenti