"NATO ölkələri Ukraynanı daha çox silahla təmin etməyə hazırdır" - Stoltenberq
NATO-nun baş katibi əmin edib ki, müttəfiqlər ukraynalılara evlərini və ölkələrini müdafiə etmək, Rusiya qüvvələri ilə mübarizədə aparmaq üçün indi, orta və uzunmüddətli perspektivdə daha çox kömək etməyə qərarlıdırlar.
"Biz humanitar yardım və maliyyə dəstəyini də gücləndirik. Həmçinin kibertəhlükəsizlik sahəsində dəstək və ukraynalıların özlərini kimyəvi və bioloji təhdidlərdən qorumağa kömək edəcək avadanlıqların verilməsi də daxil olmaqla, başqa nələr edə biləcəyimizi müzakirə etdik".
O qeyd edib ki, NATO üzvü olan ölkələr Ukraynaya daha çox silah verməyə hazır olduqlarını bəyan ediblər və bu məsələni Ukrayna tərəfi ilə yaxından müzakirə edirlər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


