ABŞ Rusiyadan enerji məhsullarının idxalını dayandırır

ABŞ Rusiyadan enerji məhsullarının idxalını dayandırır
  07 Aprel 2022    Oxunub:705
ABŞ Senatı Rusiyadan enerji idxalına qadağanın qoyulması təklifini dəstəkləyib.
AzVision.az xəbər verir ki, sənədin qüvvəyə minməsi üçün yalnız ABŞ prezidentin imzası tələb olunur.

Co Bayden qanunu imzalasa, xam neft və bəzi neft məhsulları, mayeləşdirilmiş təbii qaz və kömürün alınması ilə bağlı yeni müqavilələr dərhal qadağan və mövcud müqavilələr 45 gün ərzində ləğv ediləcək.

Həmçinin, ABŞ şirkətlərinə və investorlarına Rusiyanın enerji sektoruna sərmayə qoyması qadağan ediləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti