"400-dən çox PUA vurmuşuq" - Rusiyalı general

   "400-dən çox PUA vurmuşuq" -    Rusiyalı general
  08 Aprel 2022    Oxunub:655
Rusiya silahlı qüvvələri xüsusi əməliyyat zamanı 400-dən çox pilotsuz təyyarə və 2000 zirehli texnikanı məhv edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov məlumat verib.
- Ümumilikdə xüsusi hərbi əməliyyat başlayandan indiyədək 97 helikopter, 421 pilotsuz uçuş aparatı, 228 uzaq və orta mənzilli zenit-raket kompleksi, 2019 tank və digər zirehli döyüş texnikası, 223 reaktiv yaylım atəşi sistemi, 874 artilleriya qurğuları və minaatanlar, həmçinin 1917 ədəd xüsusi təyinatlı hərbi maşın sıradan çıxarılıb, - Konaşenkov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA   General  



Xəbər lenti