Ərdoğanın Nobel mükafatına namizədliyi irəli sürülə bilər
“Prezidentimizin Nobel Sülh Mükafatına ehtiyacı yoxdur, lakin bir vaxtlar ABŞ-ın keçmiş prezidenti Barak Obama bu mükafata layiq görülübsə, Ərdoğanın Ukraynada sülhü təmin etmək üçün göstərdiyi səylərə görə, prezidentimizə Nobel mükafatı verilməlidir," Türkiyənin hakim partiyasının icraiyyə komitəsinin üzvü Sunay Karamaka deyib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ərdoğana Nobel mükafatının verilməsi təşəbbüsünü dəstəkləyib. “Əslində heç nə etməyən Obama Nobel Sülh Mükafatına yalnız Fələstin probleminin həllində göstərdiyi səylərə görə layiq görülüb. Lakin bizim prezidentimiz daha çox iş görüb, ona görə də o, Nobelə layiqdir”, - deyən nazir bu mükafatın simvolik olduğunu açıq şəkildə ifadə edib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ərdoğan







Vaxtında, Aydın, Lazımlı!


