"Rusiya ilə münasibətlərimiz yeni səviyyəyə yüksəlib" - Mirzoyan

 "Rusiya ilə münasibətlərimiz yeni səviyyəyə yüksəlib" -    Mirzoyan
  08 Aprel 2022    Oxunub:1498
Ötən illər ərzində Ermənistan-Rusiya dövlətlərarası münasibətləri müttəfiqlik əməkdaşlığının keyfiyyətcə yeni səviyyəsinə qaldırılıb.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri yüksək səviyyədə fəal dialoq, KTMT, Aİİ, MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq, eləcə də hərbi-siyasi sahədə qarşılıqlı fəaliyyətlə seçilir.

Mirzoyan strateji müttəfiqləri olan Rusiyanın ünvanına digər təriflər də yağdırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti