Zelenski raket hücumunu pislədi: "Döyüşə cəsarəti çatmayanlar..."

      Zelenski raket hücumunu pislədi:  "Döyüşə cəsarəti çatmayanlar..."
  08 Aprel 2022    Oxunub:1190
Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Kramotorsk şəhər dəmir yolu stansiyasına raket hücumu dünya mediasında pislənir. AzVision.az xəbər verir ki, BBC hücum zamanı onlarla dinc sakinin, o cümlədən uşaqların ölməsinə diqqət çəkib.
"Ukraynanın Dövlət Dəmiryolu Şirkətinin sədri Aleksandr Komeşkinin sözlərinə görə, Kramotorsk dəmiryolu vağzalına hücum zamanı 2 uşaq ölüb. Rəsmilər hücum zamanı 30 nəfər sivilin öldürülməsi və 100 nəfər insanın yaralanması barədə məlumat yayıblar. Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib ki, Rusiya Ukrayna ərazisində sivilləri amansızcasına qətlə yetirir.
Zelenski dinc sakinlərin toplaşdığı Kramotorsk stansiyasına olan hücumu pisləyib. O deyib ki, "Döyüş meydanında bizimlə vuruşmağa cəsarəti və gücü çatmayan rus əsgərləri dinc əhalini amansızlıqla qətlə yetirirlər. Bunun qarşısı alınmalıdır", - məqalədə yazılıb.

Aytən Əzimova
AzVision.az



Teqlər:



Xəbər lenti