Lavrov Minsk qrupu haqqında: "Ləğv ediblər"

      Lavrov Minsk qrupu haqqında:    "Ləğv ediblər"
  08 Aprel 2022    Oxunub:2031
ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya ilə bu formatda əlaqə saxlamaqdan imtina ediblər.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“ATƏT-in Minsk Qrupunun gələcəyinin necə olacağını bilmirəm. Çünki bizim amerikalı və fransalı "tərəfdaşlarımız" rusofob zərbə ilə Rusiyaya aid hər şeyi ləğv etmək məqsədilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyünü də sıradan çıxardılar və bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildirdilər”, - Lavrov deyib.

Eyni zamanda, XİN rəhbəri qeyd edib ki, Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına və Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiq qalır.

AzVision.az


Teqlər: ATƏT   XİN  



Xəbər lenti