Makrondan Polşaya ağır ittiham - Səfir XİN-ə çağırıldı

   Makrondan Polşaya ağır ittiham -   Səfir XİN-ə çağırıldı
  08 Aprel 2022    Oxunub:1298
Fransanın Polşadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. AzVision.az xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina deyib. Səbəb Fransa prezidenti Emmanuel Makronun Polşanın baş naziri Mateuş Moravetskinin antisemitizmdə günahlandırması olub.
"Fransa Respublikasının Prezidentinin "Le Parisien"ə verdiyi müsahibədə yer alan fikirlərinə görə nazir Zbiqnev Rau Fransa səfirini Xarici İşlər Nazirliyinə çağırmaq qərarına gəlib", - Jasina Tvitter hesabında yazıb.

Xatırladaq ki, bir müddət öncə Makron “Le Parisien” jurnalına müsahibəsində Moravetskini “LGBT-ni sıxışdıran ifrat sağçı antisemit” olmaqda günahlandırmışdı. Makron həmçinin bildirib ki, Polşanın baş naziri Fransadakı seçkilərdə qalib gəlməsi üçün Marin Le Penə kömək etmək istəyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti