Gürcüstanın spikeri Buçaya səfər etməkdən imtina etdi

   Gürcüstanın spikeri Buçaya səfər etməkdən imtina etdi
  08 Aprel 2022    Oxunub:1399
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ukraynalı həmkarı Ruslan Stefançukun Buçaya səfər etmək üçün dəvətindən imtina edib. AzVision.az bu barədə Tass-a istinadən xəbər verir.

“Mən arzu edərdim ki, Ukrayna hakimiyyətinin ayrı-ayrı nümayəndələri gürcü xalqının və Gürcüstan hakimiyyətinin Ukraynaya və Ukrayna xalqına verdiyi güclü dəstəyi tam şəkildə bölüşsünlər. Ölkələrimizin bu dəstəyi və tərəfdaşlığı həqiqətən də Ukraynanın yüksək rütbəli məmurlarının Gürcüstan xalqını hakimiyyətdən ayırmaq cəhdlərinə, ikinci cəbhənin açılması tələblərinə, əsassız diplomatik demarşlara, qaçaqmalçılıqla bağlı əsassız ittihamlara layiq deyil.

Bu məsələlərin aydınlaşdırılmaması fonunda hesab edirəm ki, buçaya rəsmi dəvət yersiz səslənir”, Papuaşvili bəyanatında bildirib.

Şahanə Rəhimli

AzVision.az




Teqlər:



Xəbər lenti