Taylandın 300 rayonunda hava kəskin çirklənib

Taylandın 300 rayonunda hava kəskin çirklənib
  09 Aprel 2022    Oxunub:1029
Şənbə günü Tailandın bir sıra bölgələrində havanın çirklənməsinin səviyyəsi icazə verilən həddi bir neçə dəfə keçib.
AzVision.az xəbər verir ki, bunu havanın keyfiyyətinin monitorinqini aparan “World's Air Pollution”un məlumatları sübut edir. Ölkənin 50 regionunda havanın keyfiyyət indeksi bənövşəyi səviyyəyə (çox qeyri-sağlam) yüksəldilib və 50 bal nisbətində 200-257 bal arasında dəyişir, yəni bütün insanların sağlamlığına mənfi təsir göstərə bilər.

Uşaqlar, eləcə də astma kimi tənəffüs xəstəlikləri olan insanlar açıq havada vaxtlarını məhdudlaşdırmalıdırlar. Krallığın qalan 250 rayonunda havanın keyfiyyəti indeksi 151-199 bal arasında dəyişən qırmızı (qeyri-sağlam) səviyyədə qalır. Tayland havasının keyfiyyəti ən pis olan ölkələr siyahısında dördüncü yerdədir. Reytinqdə ilk üç sıra Anqola, Hindistan və İrandır.

AzVision.az


Teqlər: Tayland  



Xəbər lenti