Kayman adaları Rusiyanın 7,3 milyardını dondurdu

   Kayman adaları    Rusiyanın 7,3 milyardını dondurdu
  09 Aprel 2022    Oxunub:705
Kayman adalarının maliyyə institutları Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara uyğun olaraq Rusiyaya aid 7,3 milyard dollarlıq aktivləri dondurub.
AzVision.az xəbər verir ki, bu barədə “Cayman Compass” xəbər portalı məlumat yayıb. Artıq hakimiyyət orqanları anti-Rusiya sanksiyalarının həyata keçirilməsi ilə bağlı qərarlar qəbul edəcək işçi qrup yaradıblar. Onun tərkibinə qubernator, maliyyə sistemi, mülki aviasiya və dəniz nəqliyyatının nümayəndələri daxil olacaq.

AzVision.az


Teqlər: Kayman-adaları  



Xəbər lenti