Müharibə Britaniyanı da "vurdu" - Mağazalar məhdud sayda yağ satır

      Müharibə Britaniyanı da "vurdu"    - Mağazalar məhdud sayda yağ satır
  09 Aprel 2022    Oxunub:1392
Böyük Britaniyanın "Waitrose" supermarketlər şəbəkəsi qıtlıq səbəbindən bitki yağı satışına məhdudiyyətlər qoyub. AzVision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Pandemiya yağışından müharibə yağmuruna – TƏHİL
Məqalədə bildirilir ki, Ukraynada baş verən hadisələrlə bağlı qıtlıq fonunda aprelin 8-də mağazalar şəbəkəsinin dükanlarında bütün yemək yağlarının satışının məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq lövhələri peyda olub. Şirkət müştərilərə 2-dən artıq yağ almamağı xahiş edib.

"Sainsbury's" supermarketlər şəbəkəsi isə müştərilərə xəbərdarlıq edib ki, bəzi günəbaxan yağı məhsullar raps yağı ilə əvəz olunacaq.

Bundan əlavə, nəşrin məlumatına görə, Böyük Britaniyada meyvə və tərəvəzlər 30% bahalaşıb.

Xatırladaq ki, bir müddət öncə müharibə səbəbindən Türkiyədə də günəbaxan yağı qıtlığı yaranmışdı. Qiymətlərin qalxması əhali arasında ajiotaja səbəb oldu. Türkiyə günəbaxan yağının əsas hissəsini Rusiya və Ukraynadan idxal edir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Britaniya   Bahalaşma   Yağ  



Xəbər lenti