Paşinyan Brüssel görüşü barədə Putini məlumatlandırıb

   Paşinyan  Brüssel görüşü barədə Putini məlumatlandırıb
  09 Aprel 2022    Oxunub:1083
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. N. Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb.

Tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd ediblər. Vladimir Putin qeyd olunan proseslərə hər cür dəstək verməyə hazır olduğunu bildirib.

AzVision.az



Teqlər: Rusiya   Ermənistan  



Xəbər lenti