Zelenski internetdə yayılan fotosunu şərh etdi: "İki fərqli insandır"

 Zelenski internetdə yayılan fotosunu şərh etdi:  "İki fərqli insandır"
  09 Aprel 2022    Oxunub:1733
Ukrayna Prezidenti Volodimir Zelenski son günlər sosial şəbəkələrdə onun iki fərqli görünüşdə olan fotosunun daha çox paylaşılmasına münasibət bildirib. AzVision.az
xəbər verir ki, "Bild" nəşrinin əməkdaşı Pol Ronzeymer Zelenskidən yayılan fotonun birində Rusiya işğalından bir gün əvvəl, ikincisində isə müharibənin 41-ci günündə Buçada fərqli görünüşdə(nisbətən yaşlanmış-red.) olmasını şərh etməyi xahiş edib.
Zelenskinin bunkerində kimlər var? - SİYAHI
- Bunlar iki fərqli insandır. Bu (Zelenskinin dəyişikliyi - red.) ölkəmizə xeyir verir. Amma əmin deyiləm... Mən bu adama (müharibədən əvvəlkinə - red.) qayıdacağam, - deyə cavab verib.

Müxbir Ukrayna prezidentinin gecə gözlərini yumanda nə gördüyünü soruşub. Cavabında isə Zelenski "Mən heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram" deyib.

Qeyd edək bir neçə gündür sosial şəbəkələrdə Zelenskinin xarici görünüşündə geriyə doğru ciddi dəyişikliklərinbaş veməsini əks etdirən foto trende çevrilib. Həmişə gülümsəyən, pozitiv təravətli siması olan Volodimir Zelenski indi çox yorğun və nisbətən yaşlanmış görünür.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelinski   Ukrayna   Bild  



Xəbər lenti