"The Times": "İngilislər ukraynalılara intim münasibət müqabilində ev təklif edirlər"
Nəşr nümunə olaraq sosial şəbəkələrə aid və Kiyevdən olan 22 yaşlı Natalyanın adından olan bir mesaj yazışması yayımlayıb. Qeyd edilir ki, ukraynalı qaçqın məlum axtarışlarından sonra bir neçə dəqiqə ərzində çoxlu "ədəbsiz mesajlar və cinsi çalarlı təkliflər" alıb. İki gün ərzində Natalya 75 şəxsi mesaj gəlib ki, onlardan 41-i tək yaşayan subay kişilərdən oxşar təkliflər olub.
Qəzetin yazdığına görə, bəzi kişilər yalandan bir neçə yataq otağı olan evlərdə yaşadıqlarını desələr də, əslində onların yalnız bir yataq otağından ibarət mənzilə sahib olduğu üzə çıxır. Hətta bir "yardımsevər" Natalyaya eyni çarpayıda yatmağı təklif edib, digəri isə qızın münasibət qurduğu bir kişinin olub-olmaması ilə maraqlanıb. Yazışmalar mənzil yardımından çox bu səpkidə olur. Hətta başqa bir ingilis yazıb ki, cinsi əlaqəyə hazır olmayan qıza sponsorluq (Sponsorluq visası-red.)etmək istəmir.
Qeyd edək ki, aprelin 7-nə olan məlumata görə, Böyük Britaniyanın hakimiyyət orqanları Ukrayna viza sxemi üzrə 79,8 min müraciət qəbul edib. Onlardan 36,3 mini ailə, 43,6 mini isə sponsorluq proqramı üzrə olub. Hökumət 28,5 min ailə, 12,5 min isə sponsorluq proqramı üzrə viza verib. Ukraynalı qaçqınlar üçün ailə sxemi üzrə vizalar pulsuzdur və üç il müddətinə verilir. Onlara ölkədə yaşamaq, işləmək, təhsil almaq və dövlət vəsaitlərindən istifadə etmək imkanı verilir. Ailə sxemi Böyük Britaniyada qohumları olan insanlara viza almağa imkan verir. Sponsorluq edilən qaçqınları isə öz evlərinə aparmağa hazır olan Böyük Britaniya sakinlərinə qəbul edə bilərlər.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


