Rusiya və Belarus maşınları Avropaya buraxılmır

   Rusiya və Belarus maşınları Avropaya buraxılmır
  09 Aprel 2022    Oxunub:1888
Avropa İttifaqı ölkələri Rusiya Federasiyası və Belarusda qeydiyyatda olan avtomobillərin keçidini dayandırıb. AzVision.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Gömrük Xidmətinin (FCS) mətbuat xidmətindən məlumat verilib.
“Rusiyanın Federal Gömrük Xidməti bildirir ki, 8 aprel 2022-ci il tarixindən etibarən Avropa İttifaqının Rusiya Federasiyası və Belarus Respublikası ilə həmsərhəd olan ölkələrinin gömrük xidmətləri beşinci sanksiya paketinə istinad edərək, bu ölkələrdə qeydiyyatda olan nəqliyyat vasitələrinin Aİ-yə buraxılışını dayandırıb”, - mətbuat xidməti bildirib.

Yeni sanksiyalar tranzit də daxil olmaqla, Aİ ərazisində avtomobil yük daşımalarına qadağaya təsir edib. Artıq Rusiya və Belarus qeydiyyat nişanlı beynəlxalq daşıma vasitələri Aİ ölkələrinin ərazisi ilə yük daşıya bilməyəcək.

AzVision.az


Teqlər:



Xəbər lenti