Türkiyədə güclü zəlzələ baş verdi

 Türkiyədə güclü zəlzələ baş verdi
  09 Aprel 2022    Oxunub:1595
Türkiyənin Malatya şəhərində 5,2 bal gücündə zəlzələ olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 17:02-də şəhərin Pütürge rayonunda 5 km dərinlikdə meydana gəlib.

Hələlik dağıntı və itki barədə məlumat verilmir.

AzVision.az



Teqlər: Türkiyə   Zəlzələ  



Xəbər lenti