Aİ Ukraynaya 1 milyard avro yardım edəcək

Aİ Ukraynaya 1 milyard avro yardım edəcək
  09 Aprel 2022    Oxunub:1262
Avropa Komissiyası Ukraynaya və ukraynalı qaçqınları qəbul edən ölkələrə dəstək üçün 1 milyard avro ayıracaq.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

"Vəsaitin 600 milyonu Ukraynaya, 400 milyonu isə qaçqınlara kömək edən sərhədyanı dövlətlərə gedəcək", - fon der Lyayen qeyd edib.

Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar.

AzVision.az



Teqlər:   Ukrayna  



Xəbər lenti