Britaniya Ukraynaya daha 500 milyon dollar kredit verəcək

 Britaniya Ukraynaya daha 500 milyon dollar kredit verəcək
  09 Aprel 2022    Oxunub:1678
Böyük Britaniya Dünya Bankı vasitəsilə Ukraynaya əlavə 500 milyon ABŞ dolları kredit zəmanəti verəcək.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

Conson, həmçinin qeyd edib ki, Britaniya Ukraynaya 120 zirehli maşın və gəmi əleyhinə sistemlər verəcək.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.

AzVision.az



Teqlər: Britaniya   Ukrayna  



Xəbər lenti