Ukrayna qaçqınlarına 9,1 milyard avro ayırılıb

Ukrayna qaçqınlarına 9,1 milyard avro ayırılıb
  09 Aprel 2022    Oxunub:982
Rusiya-Ukrayna müharibəsində qaçqın düşən ukraynalılara 9,1 milyard avro yardım ayırılacaq.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın paytaxtı Varşavada keçirilən maliyyə tədbirində qərar qəbul olunub.

Kanada və Avropa Komissiyası ilə yanaşı bir çox ölkələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə bu məbləğin 1,8 milyard avrosunun Ukrayna daxilindəki məcburi köçkünlərə ayırılması qərara alınıb.

Qalan 7,3 milyard avro Ukraynadan qonşu dövlətlərə sığınan vətəndaşlara ayırılacaq.

Bu məbləğin 4,1 milyardı BMT vasitəsi ilə Ukraynaya yardım kimi, qalan 5 milyard avro isə kredit kimi verilib.

AzVision.az



Teqlər: Ukrayna   Qaçqınlar  



Xəbər lenti