Ukrayna üçün 10 milyard avro yığıldı

   Ukrayna üçün 10 milyard avro yığıldı
  10 Aprel 2022    Oxunub:1097
Ukrayna qaçqınları üçün təşkil olunmuş beynəlxalq donor konfransında 10,1 milyard avro həcmində ianə və kredit razılığına nail olunub.
AzVision.az xəbər verir ki, Varşavada təşkil olunan və “Ukrayna üçün ayağa qalx“ devizi altında təşkil olunmuş kampaniya çərçivəsində dövlət və ictimai xadimlər videoformatda iştirak ediblər. Vəsaitlərin 9,1 milyard avroluq hissəsi kampaniya çərçivəsində yığılıb, 1 milyard avro vəsaiti isə Avropa Komissiyası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə təqdim edəcəyini elan edib.

Qeyd edək ki, beynəlxalq donor konfransı Avropa Komissiyası, Kanada hökuməti və “Global Citizen” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə çağırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti