Le Pen seçkilərin birinci turunda liderlik edir - YENİLƏNİB

 Le Pen seçkilərin birinci turunda liderlik edir -  YENİLƏNİB
  10 Aprel 2022    Oxunub:2077
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Bildirilib ki, seçkinin birinci turunda səslərin 40%-i sayılandan sonra Marin Le Pen 28,20% ilə Emmanuel Makronu qabaqlayır.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Makron 26,15% səs toplayıb.

***
Fransada keçirilən prezident seçkilərində “exit-poll”un nəticələri məlum olub.

AzVision.az xəbər verir ki, seçicilərin 28,1%-i hazırki prezident Emmanuel Makrona səs verib. Onun əsas rəqibi Marin Le Pen 23,3% səs toplayıb.

Beləliklə, hər 2 namizəd ikinci turda mübarizə aparmalı olacaqlar.

Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq.

***
Yerli “exit-poll”un ilkin nəticələrinə əsasən, Fransanın hazırkı prezidenti Emmanuel Makron rəqiblərindən az fərqlə öndə gedir.

AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd edək ki, Fransada prezident seçicilərində 12 namizəd mübarizə aparır.

***
Fransada bu gün keçirilən prezident seçkilərindən sonra ilk exit-poll nəticələri açıqlanıb.

AzVision.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb. Nəticələrinə əsasən, Makron və Le Pen hərəyə 24% səs qazanıb. Nəticələr aşağıdakı kimidir:

Emmanuel Makron, hazırkı prezident - 24%

Marin Le Pen - 24%

Jean-Luc Melanşon - 19%

Yerli vaxtla saat 17:00-ın məlumatına görə, seçkilərdə iştirak 65% təşkil edib.

AzVision.az


Teqlər:



Xəbər lenti