Britaniya kəşfiyyatı: "Ruslar Mariupolu fosfor bombaları ilə vuracaq"

      Britaniya kəşfiyyatı:   "Ruslar Mariupolu fosfor bombaları ilə vuracaq"
  11 Aprel 2022    Oxunub:1452
Rusiya Ukraynanın şərqində fosforlu sursatlardan istifadə edib və Mariupola qarşı yenindən bu cür silahları işə sala bilər. AzVision.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Britaniya hərbi kəşfiyyatı qeyd edir ki, Mariupol uğrunda döyüşün getdikcə gücləndiyin nəzərə alsaq, rus hərbçilərin qadağan olunmuş fosforlu bombalardan istifadə etmə ehtimalı da yüksəlir.

Ukraynaya qadağan olunmuş fosfor mərmisi atılıb - VİDEO
Bundan əlavə, kəşfiyyat rəsmiləri Moskva idarə olunmayan bombalardan istifadəyə davam edir. Bu isə, mülki əhalinin daha çox itkisi riskini xeyli artırır.

Britaniya həmçinin Ukrayna Müdafiə Nazirliyinin dünən yaydığı məlumatı da təsdiqləyib. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələri bir gün əvvəl Donetsk və Luqansk vilayətlərində bir neçə hücumu dəf edib. Onlar rusların bir neçə tankını, maşınını və artilleriya sistemini məhv ediblər.

Qeyd edək ki, Rusiya ordusu hələ də Mariupolu tam şəkildə nəzarət altına ala bilməyib. Moskva şəhəri bütöv şəkildə ələ keçirmək üçün "Azovstal" zavodu və dəniz limanı ərazilərinə hücumlarını davam etdirir. Hərbçilərin əsas strateji vəzifəsi Mariupol üzərində tam nəzarəti bərqərar etməkdir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Fosfor-Bombası   Britaniya  



Xəbər lenti