"Mariupolda on minlərlə insan ölüb" - Zelenski

   "Mariupolda on minlərlə insan ölüb" -    Zelenski
  11 Aprel 2022    Oxunub:1574
Ukrayna Prezidenti Volodimir Zelenski Mariupolda on minlərlə insanın həlak olduğunu bəyan edib. xəbər verir ki, o bu barədə Cənubi Koreya parlamentində telemarafon çıxışı zamanı deyib.
Rusiya Ukraynanı "İskəndər"lə belə vurdu - VİDEO
- Ən pis vəziyyət Mariupoldadır... Şəhər dağıdılıb. On minlərlə ölü var. Amma buna baxmayaraq, ruslar hücum əməliyyatını dayandırmırlar. Onlar Mariupolu nümayişkaranə şəkildə dağıdılmış şəhərə çevirmək istəyirlər, - Zelenski deyib.

Zelenski beynəlxalq şirkətlərə çağırış da edib. O, şirkətlərin Rusiya ilə əlaqələri kəsməsini vacib sayıb.

- Təkcə ayrı-ayrı dövlətlər deyil, həm də dünya şirkətləri Rusiya ilə bütün əlaqələri, ilk növbədə isə neft sahəsində əlaqələri kəsməlidir. Rusiya hələ də hiss etmir ki, dayanmaq lazımdır. Bu, o deməkdir ki, təkcə dövlət səviyyəsində deyil, daha çox iş görülməlidir. Rusiya banklarının qlobal maliyyə sistemləri ilə əlaqələri tamamilə qırılmalıdır, - Prezident vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Zelinski  



Xəbər lenti