"Ukraynalıların 70%-nin gəliri yaşayış minimumundan aşağı olacaq" - Dünya Bankı

   "Ukraynalıların 70%-nin gəliri yaşayış minimumundan aşağı olacaq" -    Dünya Bankı
  11 Aprel 2022    Oxunub:1256
Dünya Bankı Ukrayna ilə bağlı arzuolunmaz statistikanı açıqlayıb. AzVision.az xəbər verir ki, bankı proqnozuna görə, müharibənin müddətindən asılı olaraq, faktiki yaşayış minimumundan aşağı səviyyədə yaşayan əhalinin nisbəti 2022-ci ildə 70 faizə çata bilər.
Beynəlxalq maliyyə qurumunun hesabatında deyilir ki, tammiqyaslı müharibə şəraitində 2022-ci ilin sonunda Ukraynanın ümumi daxili məhsulu (ÜDM) 2021-ci illə müqayisədə 45,1% azala bilər.

Həmçinin qeyd edilir ki, müharibə nəticəsində və məcburi köçkünlük səbəbindən yoxsulluq səviyyəsi bu il 19,8% ola bilər. 2021-ci ildə bu rəqəm 1,8% təşkil edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti