İmran Xanın partiyası parlamentdən çıxdı
Hərçənd Qureşinin adı səsvermə bülletenində qalacaq. Belə şəraitdə müxalifətin namizədi Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Baş nazir postuna yeganə namizəd olacaq.
Xatırladaq ki, şənbə günü Pakistan parlamenti baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. Bu qərarın lehinə 174 deputat səs verib.
İmran Xan ona qarşı etimadsızlıq səsverməsindən sonra verdiyi ilk açıqlamada xarici müdaxilələrə qarşı azadlıq mübarizəsinin başladığını elan edib. O daha əvvəl demişdi ki, yürütdüyü müstəqil xarici siyasət bəzi “xarici gücləri”, xüsusən də ABŞ-ı qıcıqlandırıb və onlar müxalifəti maliyyələşdiriblər. Öz növbəsində ABŞ Dövlət Departamenti bildirib ki, Xanın onun hökumətini devirmək planının arxasında Vaşinqtonun dayanması ilə bağlı dedikləri yalandır.
Baş nazirin namizədliyi ilə bağlı səsvermə ərəfəsində İmran Xanın və onun "Təhrik-e-İnsaf" partiyasının on minlərlə tərəfdarı küçələrə çıxaraq ona dəstəklərini ifadə ediblər.
Qeyd edək ki, Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) aprelin 10-da Baş nazir İmran Xana etimadsızlıq göstərib.
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


