Gürcüstan prezidenti əhaliyə çağırış etdi

   Gürcüstan prezidenti əhaliyə çağırış etdi
  11 Aprel 2022    Oxunub:975
Gürcüstan prezidenti Salome Zurabişvili əhalini və siyasi partiyaları Avropa İttifaqına daxil olmaq ideyası ətrafında birləşməyə və məqsədə birgə səylərlə nail olmağa çağırıb.
“Mən sizin hamınızı, istər şəhərdə, istərsə də kənddə, əhalini, siyasi partiyaları bu məqsəd (Aİ-yə can atmaq – Red) ətrafında birləşməyə çağırmaq istəyirəm. Bu, milli konsensus və maraqları təşkil edir. Əminəm ki, biz bunu edə bilərik”, Zurabişvili bazar ertəsi televiziya ilə xalqa müraciətində deyib.

AzVision.az xəbər verir ki, Gürcüstanın lideri Aİ-yə can atmağı respublika üçün çağırış adlandırıb: “Bu gün biz hamımız gələcək nəsil qarşısında cavabdehik. Biz ya bu çağırışın öhdəsindən gələcəyik, ya yox. Bu, tamamilə bizdən asılıdır, heç kimdən deyil. Ona görə də bunun üçün bütün qüvvələrimizi səfərbər etməliyik”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Gürcüstan  



Xəbər lenti