Rusiya Ukraynanın 130 təyyarəsini və 441 PUA-sını vurub

   Rusiya Ukraynanın 130 təyyarəsini və 441 PUA-sını vurub
  11 Aprel 2022    Oxunub:1257
Ukraynada hərbi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 130 təyyarə, 441 pilotsuz uçuş aparatı (PUA), 241 reaktiv yaylım atəş sistemi (MLRS) və 2132 tank və zirehli texnikanı məhv edib. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Konaşenkov əlavə edib ki, Rusiyanın hava hücumundan müdafiə Dnepropetrovsk vilayətinin Sinelnikovo kəndi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısını vurub.

Onun sözlərinə görə, Ukraynanın 42 hərbi obyekti Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası, o cümlədən üç komanda məntəqəsi, işıqlandırma və istiqamətləndirmə üçün iki radiolokasiya stansiyası, yanacaq anbarı, həmçinin 35 istehkam və Ukrayna hərbi qüvvələrinin cəmləşdiyi əraziləri atəşə tutub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti