Putin Lukaşenkoyla görüş üçün Blaqoveşenskə gedib

Putin Lukaşenkoyla görüş üçün Blaqoveşenskə gedib
  12 Aprel 2022    Oxunub:621
Rusiya Prezidenti Vladimir Putin ölkənin şərq bölgəsi sayılan Amur vilayətinin Blaqoveşensk şəhərinə gəlib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Putin burada Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.

"Gözlənilir ki, ikitərəfli görüşdən əvvəl dövlət başçıları helikopterdən “Vostoçnı” kosmodromunun və digər infrastrukturların tikintisinə baxacaq, daha sonra işçilərlə söhbət edib pilot-kosmonavtları mükafatlandıracaqlar. Bundan başqa danışıqlar zamanı siyasətçilər ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər və görüşün yekunları üzrə birgə mətbuat konfransı gözlənilir", - xəbərdə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Lukaşenko  



Xəbər lenti