Rusiya ordusu Ukraynada 732 tank və 157 təyyarə itirib

   Rusiya ordusu    Ukraynada 732 tank və 157 təyyarə itirib
  12 Aprel 2022    Oxunub:1561
Ukraynada müharibə başlayandan bəri Rusiya ordusu 19 500 şəxsi heyət, 732 tank və 157 təyyarə itirib.
AzVision.az -ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"24.02.2022-dən 12:04.2022-dək düşmənin ümumi döyüş itkiləri təxminən: hücum edən tərəfin 732 ədəd tankı, 19600 nəfərə yaxın şəxsi heyət, 1 946 ədəd zirehli döyüş maşını, 349 ədəd artilleriya sistemi, 111 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 63 hava hücumundan müdafiə sistemi, 157 ədəd hərbi təyyarəsi, 140 ədəd helikopteri, 1 406 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 124 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib", - məlumatda deyilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti