Polşada rus casus saxlanılıb

   Polşada rus casus saxlanılıb
  12 Aprel 2022    Oxunub:1120
Polşa Dövlət Prokurorluğu ölkədə daimi yaşayan rusiyalının casusluq ittihamı ilə saxlanıldığını açıqlayıb.
AzVision.az xəbər verir ki, müvafiq məlumat idarənin rəsmi saytında yerləşdirilib. Qeyd olunub ki, Qdansk Rayon Prokurorluğunun Hərbi İşlər İdarəsi tərəfindən aparılan araşdırma zamanı hərbi jandarm hərbçiləri Polşada daimi yaşayan Rusiya vətəndaşını saxlayıblar.

Hərbi Əks-Kəşfiyyat Xidmətinin məlumatları onun casusluqla məşğul olduğunu göstərir. Belə ki, adı açıqlanmayan şəxs hərbi hissələr, onların texnikası və şəxsi heyəti haqqında məlumat toplayıb, Rusiya Federasiyasının kəşfiyyatının maraqlarına uyğun fəaliyyət göstərib.

Saxlanılan şəxs casusluqda ittiham olunub. İndi o, üç ay müddətinə müvəqqəti həbs edilib. Onu 10 ilə qədər həbs gözləyir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Polşa  



Xəbər lenti