Səfirliyin İsrail nazirlərinə göndərdiyi fincanda dinləmə cihazı tapıldı - FOTO

 Səfirliyin İsrail nazirlərinə göndərdiyi fincanda dinləmə cihazı tapıldı -    FOTO
  12 Aprel 2022    Oxunub:1245
Çin səfirliyinin İsrailin İnnovasiya, Elm və Texnologiya naziri Orit Farkaş Hakohenə və nəqliyyat naziri Merav Mikaelinin ofisinə hədiyyə olaraq göndərdiyi səyahət fincanlarında şübhəli casus avadanlığı aşkarlanıb.
AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, aşkarlanan şübhəli avadanlığın gizli dinləmə cihazı olduğu ehtimal edilir. Hökumət üzvlərinə xarici qurumlardan hədiyyə qəbul edərkən dinləmə cihazı və ya kameralar ola biləcəyi ehtimalına görə son dərəcə diqqətli olmaları tapşırılıb. Çin səfirliyi isə öz növbəsində insidenti şayiə adlandırıb.

AzVision.az


Teqlər: Çin   İsrail  



Xəbər lenti