Övladının kürəyinə nömrə yazan ukraynalı ana tapıldı

   Övladının kürəyinə nömrə yazan ukraynalı ana tapıldı
  12 Aprel 2022    Oxunub:1684
Bu günlərdə kürəyində telefon nömrələri olan ukraynalı balaca qızla bağlı foto dünya mediasının gündəminə çevrilmişdi. AzVision.az xəbər verir ki, iki yaşlı həmin qızın anasını BBC-nin jurnalistləri tapıblar.
O işğala qarşı nifrəti artıran bu fotonun hekayəsini danışıb. BBC ana və qızının döyüşlərdən qaça bildiyini və Fransaya təxliyə edildiyini yazıb.

Jurnalistlərin tapdığı həmin qadının adı Saşa Makoviydir. Qızın adı isə Veradır. Onlar Fransanın cənubunda məskunlaşıblar. 33 yaşlı qadın həmin ümidsizlik anından danışıb. O, Fransaya gələndə İnstaqramda məlum şəkli paylaşıb.

Qadının sözlərinə görə, indi o psixoloji cəhətdən əzilib və Moldovayla Rumıniyadan keçdiyi uzun qaçqınlıq yolundan hələ də özünə gələ bilməyib. Ancaq onlar sevgi və qayğı ilə əhatə olunublar. Uşağın isə vəziyyəti normaldır.

- Vera yaxşıdır. O, nə baş verdiyini başa düşmək üçün çox balacadır. Mənim davranışlarımdan nələrisə hiss edir, amma hadisələri başa düşmək üçün hələ çox balacadır. Onun belə yaşda olduğuna görə çox şadam, çox!, - ana deyib.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra belə bir ürək dağlayan ən-ənə meydana çıxıb ki, analar öz adlarını və digər məlumatları uşaqlarının bədəninə yazırlar. Bu, valideynlər öldüyü halda körpəyə kömək etmək üçün edilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti