“Belarus ərazisi danışıqlar üçün kifayət qədər uyğundur” - Putin

   “Belarus ərazisi danışıqlar üçün kifayət qədər uyğundur” -    Putin
  12 Aprel 2022    Oxunub:1083
“Belarus ərazisi Rusiya və Ukrayna arasında danışıqlar üçün kifayət qədər uyğundur”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşdən sonra brifinqdə söyləyib.

Onun sözlərinə görə, Moskva və Minsk xarici təzyiqlərə baxmayaraq, iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir."Xarici təzyiq adlandırılan təzyiqlərə baxmayaraq, iqtisadi sahədə əlaqələrimiz uğurla inkişaf edir. Dövriyyə təxminən 38 milyard dollardan çoxdur. Bu, çox yaxşı göstəricidir".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Putin   Ukrayna  



Xəbər lenti