Qırğızıstan və Tacikistan sərhədində atışma olub

Qırğızıstan və Tacikistan sərhədində atışma olub
  12 Aprel 2022    Oxunub:646
Qırğızıstanla Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, sərhədçilər arasında bir gündə iki dəfə atışma baş verib.

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin yaydığı məlumata görə atışma 30 dəqiqəyəy yaxın davam edib.

“2022-ci il aprelin 12-də Qırğızıstan-Tacikistan sərhəddində silahdan istifadə ilə bağlı təkrar insident baş verib. Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgər yaralanıb", - məlumatda deyilir.

AzVision.az



Teqlər:



Xəbər lenti