Bayden və Conson Kiyevə yardımların surətləndirilməsini müzakirə ediblər

   Bayden və Conson Kiyevə yardımların surətləndirilməsini müzakirə ediblər
  12 Aprel 2022    Oxunub:857
Böyük Britaniyanın baş naziri Boris Conson və ABŞ prezidenti Co Bayden Ukrayna münaqişəsini müzakirə ediblər. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, hər iki lider Ukraynaya hərbi və iqtisadi kömək də daxil olmaqla, yardımların sürətləndirilməsinin zəruriliyini müzakirə ediblər.

"Liderlər Ukrayna qüvvələrinin ölkənin şərqində Rusiyanın növbəti hücumuna hazırlaşdığı bir vaxtda Ukraynaya yardımın sürətləndirilməsi, o cümlədən hərbi və iqtisadi dəstəyin artırılması zərurətini vurğulayıblar", - məqalədə yazılıb.

Conson həmçinin Baydenə Böyük Britaniyanın Ukrayna üçün yeni dəstək paketi haqqında məlumat verib, o cümlədən gəmi əleyhinə raketlər və hərbi texnikanın yaxın günlərdə çatacağı barədə məlumat verib.

Tural Tağıyev

AzVision.az



Teqlər:



Xəbər lenti